"Avropa" radiosu Qarabağda yayımını dayandırdı – Rəsmi Bakı siqnalı kəsdi

Hazırda oxunan: "Avropa" radiosu Qarabağda yayımını dayandırdı – Rəsmi Bakı siqnalı kəsdi

37130

“Avropa” radiosu ermənilərin müvəqqəti yaşadığı Qarabağda yayımını dayandırıb.

Bizim.Media xəbər verir ki, bu barədə radionun direktoru Mikael Janpoladyan Facebook-da canlı yayımda deyib.

"Bu barədə danışmaq məni incidir, amma biz özəl şirkətik və daim pul itirə bilmərik. Artıq Şuşadakı bütün əmlakımızı itirmişik. İndi bilmirik ki, yeni avadanlıqları hara gətirək və bunu etməyə dəyərmi?” deyə Janpoladyan bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Televiziya və radioların fəaliyyəti DAYANDIRILDI - SƏBƏB


Onun sözlərinə görə, yayımlar daim kəsilir, sabah nə olacağını bilmədən yenidən pul yatırmaq mümkün deyil.

Radio direktorunun dediyinə görə, dünən qondarma Qarabağ rejimindən zəng edərək yayım üçün dövlət rüsumunun və lisenziyanın ödənilməsini tələb ediblər.

Janpoladyan vurğulayıb ki, "Avropa" radiosu hələ Qarabağdakı lisenziyasını təslim etmək istəmir, şirkət hələ vəkillərlə danışmaq fikrindədir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO