Bu gün 50 minə yaxın IX sinif şagirdi buraxılış imtahanı verəcək
Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) Bakı şəhərinin Xətai, Nərimanov, Qaradağ, Suraxanı, Səbail, Pirallahı rayonlarında, Gəncə (I hissə), Samux, Yevlax, Şəmkir (I hissə), Ağstafa, Şəki, Lənkəran (I hissə), Astara, Yardımlı, Ağdam (o cümlədən Kəngərli, Xıdırlı kənd tam orta məktəbləri) Ağcabədi, Şuşa, Xankəndi (Şəhər 4 nömrəli məktəb və Kərkicahan kənd tam orta məktəbi), Kəlbəcər (Şəhər 1 nömrəli məktəb), Xocalı (Şəhər 1 nömrəli və Ballıca kənd tam orta məktəbləri), Ucar, Zərdab, Şamaxı, İmişli, Hacıqabul, Biləsuvar, Qusar, Siyəzən, Xızı və Şabranda ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirəcək.
DİM-dən Bizim.Media-ya bildirilib ki, bugünkü imtahanda 49 min 701 şag...