Leysan olacaq, dolu düşəcək - BU TARİXLƏRDƏ
Azərbaycanda aprel ayının birinci ongünlüyündə hava şəraiti dəyişkən, fasilələrlə yağıntılı keçəcək.
Bizim.Media xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumjat yayıb.
Qeyd edilib ki, Bakıda və Abşeron yarımadasında aprelin 4-ü gündüzdən 6-sı gündüzədək arabir yağış yağacağı gözlənilir.
Yarımadanın bəzi yerlərində yağışın intensiv olacağı ehtimalı var.
Azərbaycanın rayonlarında aprelin 4-ü səhər qərb rayonlarından başlayaraq 7-si səhərədək hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir.
Bəzi yerlərdə yağıntıların intensiv, ayrı-ayrı şərq rayonlarında güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, bəzi dağlıq ərazilərdə qar yağacağı ehtimal olunur...