Sumqayıt sakinlərinin NƏZƏRİNƏ – Saat 10.00-dan etibarən...
Sumqayıt şəhərində 14 min abonentin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
"Azəriqaz İB" Sumqayıt QİS-dən Bizim.Media-ya bildirilib ki, 26.03.2026-cı il tarixində Sumqayıt şəhəri Kimyaçılar qəsəbəsi istiqamətində yerləşən, Xəzər bağları, 22-ci məhəllə, 26-cı məhəllə, Təzə kotec və Köhnə kotec qəsəbələrinin qaz təchizatını təmin edən orta təzyiqli, PE-250 mm-lik qaz kəmərində sızma aşkarlanıb.
Qeyd olunub ki, sızmanın aradan qaldırılması və qəzanın qarşısının alınması məqsədilə aparılacaq təmir-bərpa işləri ilə əlaqədar olaraq həmin ərazilərdə ümumilikdə 14 min abonentin qaz təchizatında 26 mart saat 10:00-dan etibarən işlər yekunlaşanadək müvəqqəti fasilə yaranacaq.
...