Xocalıda Torpaq çərşənbəsi böyük coşqu ilə qeyd olunub - FOTO
Martın 17-də Xocalı şəhərində Novruzun müjdəçisi olan Torpaq çərşənbəsi münasibətilə böyük bayram tonqalları yandırılıb.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xiidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-nın yerli bürosuna verilən məlumata görə, Xocalı şəhərinin mərkəzində, eləcə də köç həyata keçirilən kəndlərdə, o cümlədən Xocalının Şuşa kəndində sakinlər bir araya gələrək, bayram tonqalları ətrafında toplaşıblar.
Doğma torpaqlarına qayıdan insanlar Torpaq çərşənbəsini xüsusi sevinc və qürur hissi ilə qeyd ediblər.
Tonqal ətrafında toplaşan sakinlər bir-birini bayram münasibətilə təbrik edib, Novruz ənənələrini ...