Nəşi 33 il sonra tapılan Şahin Kərimov torpağa tapşırıldı - FOTO
Əslən Kəlbəcər rayonunun Zar kəndindən olan, Birinci Qarabağ Müharibəsinin itkin şəhidi Şahin Kərimov 16 dekabr 1973-cü ildə Mingəçevir şəhərində anadan olub. O, Qarabağ döyüşlərinə könüllü qatılaraq Vətənin müdafiəsində fəal iştirak edib.
Bizim.Media xəbər verir ki, Şahin Kərimov 1993-cü ilin 8 aprelində ağır döyüşlər zamanı itkin düşüb. O subay idi. Atası vəfat edib, yalnız anası həyatdadır.
Şahin Kərimovun nəşi 33 ildən sonra tapılaraq ailəsinə təhvil verilib.
Şəhidimiz bu gün Mingəçevir şəhərində Şəhidlər xiyabanında dəfn olunub.
Leyla Vəfadar, Bizim.Media...