Bakıda OLAY: Evdən 10 minlik cehizlik əşyalar oğurlandı - FOTO
Səbail rayonu ərazisində oğurluq hadisəsi qeydə alınıb.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, zərərçəkən polisə müraciət edərək övladı üçün cehiz olaraq aldığı 10 min manat dəyərində məişət əşyalarının hissə-hissə olmaqla
oğurlandığını bildirib.
Səbail RPİ 8-ci Polis Şöbəsinin keçirdiyi tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 33 yaşlı Ağabala Əhmədov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
Bizim.Media...