Sahibkarlara ŞAD XƏBƏR – Müddət daha bir il uzadılır
Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması müddəti daha bir il uzadılacaq.
Bizim.Media xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirə edilən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsində əks olunub.
Layihəyə əsasən, Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2027-ci il yanvarın 1-dək dayandırılacaq.
Qeyd edək ki, ölkədə sahibkarlığın inkişafının stimullaşdırılması məqsədi ilə 2015-ci il noyabrın 1-dən etibarən yoxlamalar (qanunun 2.1-ci maddəsində göstərilən yoxlamalar istisna olm...