PROSES BAŞLADI: Nümayəndələr Palatasına Qrenlandiyanın ilhaqı ilə bağlı qanun layihəsi təqdim edildi
ABŞ Nümayəndələr Palatasının üzvü Rendi Fayn Vaşinqtonun Qrenlandiyanı ilhaq etməsinə imkan verən qanun layihəsini təqdim edib.
Bizim.Media xəbər verir ki, bu barədə onun rəsmi saytında dərc olunmuş bəyanatda bildirilib.
Qanun layihəsi Amerika Prezidentinə “Danimarka Krallığı ilə danışıqlar aparmaq, Qrenlandiyanı ilhaq etmək və ya onu başqa üsullarla ABŞ ərazisi kimi əldə etmək də daxil olmaqla zəruri tədbirlər görmək” səlahiyyəti verir. Sənədə əsasən, bundan sonra Qrenlandiyanın ABŞ ərazisi hesab ediləcəyi nəzərdə tutulur.
Rendi Faynın sözlərinə görə, qanun layihəsi “Arktikada ABŞ-ın milli maraqlarını qorumaq və Çin və Rusiyadan gələn artan təhdidlərə qarşı durmaq...