Təyyarə qəzası ilə bağlı iddialara Türkiyə Milli Müdafiə Nazirliyindən CAVAB
“Qəzaya uğrayan təyyarədə yalnız heyət üzvləri və texniki qulluq avadanlıqları olub, hərbi sursat daşınmırdı”.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Açıqlamada qeyd olunub ki, hadisənin səbəbi aparılan qəza-texniki araşdırmadan sonra dəqiqləşəcək.
Nazirlik həmçinin vurğulayıb ki, C-130 tipli təyyarələrin texniki qulluq işləri Türkiyə tərəfindən müntəzəm şəkildə həyata keçirilir və bu tip təyyarələr hazırda 70-dən çox ölkədə aktiv istifadə olunur.
“Qəzaya uğrayan təyyarənin texniki xidmət tarixçəsi araşdırıldıqda, onun sonuncu baxımının 2025-ci il 11 sentyabr – 12 oktyabr tarixləri arasında aparıldığı müəyyən e...