"Elə qonaqlar var, Azərbaycana məhz Nar Festivalına görə səfər edirlər" - Kənan Quluzadə
Göyçayda keçirilən “Nar Festivalı” artıq Azərbaycanda turizm təqviminin ayrılmaz hissəsinə çevrilib.
Peşəkar təşkilatçılığı, rəngarəng proqramı və çoxsaylı ziyarətçiləri ilə bu tədbir ölkənin ən çox turist cəlb edən festivallarından biri kimi tanınır.
Bizim.Media xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadə jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, iki gün davam edən festival həm yerli sakinlər, həm də xarici qonaqlar üçün cəlbedici və əyləncəli tədbir xarakteri daşıyır:
“Festival 2006-cı ildən keçirilir və artıq 16-cı dəfə təşkil olunur. Təxminən 30 mindən çox şəxs festivalda iştirak edir.
&nbs...