Xəzərin səviyyəsinin enməsi nə vaxtadək davam edəcək? – Rəsmi AÇIQLAMA
Xəzər dənizində 2005-ci ildən başlayan suyun səviyyəsinin azalması hələ də davam edir. Xüsusilə də 2021-2024 cü illərdə Xəzər dənizinin səviyyəsi 96 sm azalma müşahidə olunub. Bəs 20 ildir davam edən bu azalma nə vaxtadək davam edəcək?
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) Bizim.Media-ya verilən məlumata görə, Xəzər dənizinin səviyyəsinin düşməsinin nə vaxtadək davam edəcəyi dəqiq deyil — onlar bir sıra ssenarilərə, iqlim modellərinə və antropogen faktorlara bağlıdır:
“Səviyyənin aşağı düşməsinə əsas səbəb iqlim dəyişikliyi, bölgədə yağıntıların azalması, yüksək temperatur nəticəsində buxarlanmanın artması, həmçinin Xəzərə tökülən çayların...