Sabah rayonlara leysan, dağlıq ərazilərə sulu qar yağacaq – PROQNOZ
Azərbaycanda oktyabrın 13-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi yerlərdə az çiskinli olacağı, axşam isə arabir yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.
Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şimal-şərq küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 15-18, gündüz 20-25 dərəcə isti olacaq. Atmosfer təzyiqi 760 millimetr civə sütunundan 758 millimetr civə sütununa enəcək. Nisbi rütubət gecə 80-85, gündüz 60-6...