Zaqatalada toydan qayıdanlar qəzaya düşdü - FOTO
Zaqatalada toydan qayıdanlar qəzaya düşüb.
Bizim.Media xəbər verir ki, ağır yol-nəqliyyat hadisəsi rayonun Muxax kəndi ərazisində baş verib.
Belə ki, şəhərdən toydan qayıdan marşrut avtobusu ilə "Vita" markalı mikroavtobus toqquşub.
Nəticədə hər iki sərnişin maşını aşıb. Qəza nəticəsində hər iki avtomobildə olan sərnişinlərdən yaralılar var.
Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hadisə yerinə polislər cəlb edilib.
Qəzanın səbəbləri araşdırılır, yerində araşdırma aparılır.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu ...