Əli Əsədov Minskdə MDB Hökumət Başçıları Şurasının iclasında İŞTİRAK ETDİ - FOTO
Sentyabrın 29-da Belarus Respublikasının paytaxtı Minskdə Müstəqil Dövlətlər Birliyi (MDB) Hökumət Başçıları Şurasının növbəti iclası keçirilib.
Nazirlər Kabinetindən Bizim.Media-ya bildirilib ki, Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov iclasda iştirak edib.
Məhdud tərkibdə iclasda çıxış edən Baş nazir MDB çərçivəsində müxtəlif səviyyələrdə əməkdaşlığın vacibliyini vurğulayıb.
Azərbaycan hökumətinin başçısı humanitar əlaqələrin, o cümlədən səhiyyə sahəsində əməkdaşlığın əhəmiyyətini qeyd edib. O əlavə edib ki, iclasda 2026-cı ildə “Sağlamlığın qorunması İli”nə hazırlıq və onun keçirilməsinə dair Tədbirlər Planının təsdiq edilməsi nəzərdə tutulub. Onun ...