Yeni ildə azərbaycanlı turistlər ən çox bu ölkələrə ÜZ TUTACAQLAR – SİYAHI
Hər il bəzi vətəndaşlar Yeni il bayramını ölkə xaricində qeyd etməyə üstünlük verirlər.
Bununla bağlı olaraq, edilən endirimlərdən dekabrın əvvəlindən istifadə etməyə başlayan azərbaycanlı turistlər həm gəzməli, həm də ciblərinə uyğun ola biləcək ölkə seçimi edirlər.
Bəs bu il bayramda azərbaycanlılar ən çox hansı ölkələrə üz tutacaq?
Bizim.Media-ya açıqlamasında turizm eksperti Ceyhun Aşurov bildirib ki, bayramı azərbaycanlı turistlər daha çox qonşu ölkələrdə qeyd etməyi seçirlər:
“Yeni il bayramında azərbaycanlıların ən çox getdikləri ölkələr Gürcüstan, Türkiyə, Dubaydır. Şəhər turları bu ərəfələrdə xüsusilə populyar olur.
Tbilisi, İst...