Bu gün Novruz bayramıdır
Bu gün - martın 20-si Azərbaycanda Novruz bayramınının ilk günü qeyd edilir.
Bizim.Media xəbər verir ki, Azərbaycanda Novruz bayramı və ya Milli yeni il bayramı baharın gəlişinin qeyd edilməsi ilə bağlıdır.
Adətə görə Novruz bayramında göyərdilən səməni yazın gəlməsinin, təbiətin canlanmasının və əkinçiliyin rəmzidir.
Novruz bayramını qeyd etmək təzə ili, baharın ilk gününü qarşılamaq deməkdir. Təqvimdə baharın ilk günü isə günəşin bir illik fırlanması ilə əsaslanır.
Alimlərin fikrincə bu bayramın tarixi çox qədimdir. Elmi araşdırmalar Novruz bayramının ibtidasını çox qədim zamanlara — Zərdüşt peyğəmbərimizin yaşadığı dövrlə bağlayır, onun yaşını ən azı 3700, ...