Şuşa Rayon Mərkəzi Xəstəxanasının inşası nə vaxt tamamlanacaq? - FOTO
İşğaldan azad edilən ərazilərdə digər sahələrlə yanaşı, tibb və səhiyyə xidmətlərinin təşkili üçün də genişmiqyaslı işlər həyata keçirilir. Belə layihələrdən biri təməli 2021-ci il noyabrın 7-də Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə qoyulan 90 çarpayılıq Şuşa Rayon Mərkəzi Xəstəxanasıdır.
Bizim.Media xəbər verir ki, 3,7 hektara yaxın sahədə inşa edilən xəstəxana binası 4-ü dördmərtəbəli, 2-si isə birmərtəbəli olmaqla, 6 korpusdan ibarətdir.
Əsas xəstəxana binası 50 çarpayılıq, Reabilitasiya Mərkəzi isə 40 çarpayılıqdır.
Şuşa Rayon Mərkəzi Xəstəxanasının ərazisində, eyni zamanda, Gigiyena və Epidemiologiya Mərkəzi, Məhkəmə Tibbi Ekspertiza və Pato...