SON DƏQİQƏ: “Kapital Bank”da yaranmış problemlə bağlı əhaliyə XƏBƏRDARLIQ
Xəbər verdiyimiz kimi axşam saatlarında “Birbank” mobil tətbiqinin işində yaranan problemlə bağlı “Kapital Bank” açıqlama verib.
Bizim.Media xəbər verir ki, bank rəsmiləri yaranmış problemi təsdiqləyərək, qısa müddətdə həll olunacağını bildiriblər.
Onu da qeyd edək ki, redaksiyamıza daxil olan məlumatlara görə, bəzi “Birbank” istifadəçilərinin hesablarına külli miqdarda vəsait köçürülüb. Ekspertlər vətəndaşlara həmin vəsaitdən istifadə etməməyi məsləhət görürlər.
Qeyd edək ki, mobil tətbiqin işində nasazlıq axşam saatlarından yaranıb. Belə ki, tətbiqdə istənilən əməliyyatlar mümkünsüz olub.
Bizim.Media...