AZAL təyyarəsinin "qara qutuları" Braziliyadan Astanaya gətirildi
Qazaxıstan müstəntiqləri Aktauda qəzaya uğrayan Azərbaycan təyyarəsinin qara qutularını Braziliyadan geri alıblar və hazırda bununla bağlı rəy hazırlanır.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Qazaxıstan Baş Prokurorluğu yayıb.
Qazaxıstan tərəfi bundan əvvəl araşdırmanın ilkin nəticələrini yanvarın sonunadək dərc edəcəyinə söz vermişdi.
Bundan əlavə, prokurorluq Aktau yaxınlığında baş verən aviaqəzanın araşdırılması çərçivəsində Qazaxıstanın Rusiya və Azərbaycana beynəlxalq istintaq sorğuları göndərdiyini bildirib.
Xatırladaq ki, dekabrın 25-də Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsaf...