Naxçıvanda yeni istilik elektrik stansiyası tikiləcək - SƏRƏNCAM
Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasında yeni istilik elektrik stansiyasının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Bizim.Media xəbər verir ki, sərəncama əsasən, Dövlət Neft Şirkəti (SOCAR) beynəlxalq təcrübəni nəzərə almaqla stansiyanın tikintisi üçün potensial tərəfdaş investorlarla danışıqlar aparılmasını, məsləhətçi şirkətlərin cəlb edilməsini, Texniki İqtisadi Əsaslandırmanın və digər layihə sənədlərinin hazırlanmasını və layihənin həyata keçirilməsi ilə bağlı yekun təkliflərin aidiyyəti dövlət orqanları (qurumları) ilə razılaşdırılmaqla beş ay müddətində Nazirlər Kabinetinə təqdim olunmasını təmin etməlidir.
Nazirlər Kabineti İqtisadiyyat Nazirli...