İlham Əliyev: “Azərbaycanda Türkiyə hərbi bazasına ehtiyac yoxdur” – VİDEO
Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanda Türkiyə hərbi bazasının yaradılmasına ehtiyac olmadığını bildirib.
Bizim.Media xəbər verir ki, bu barədə İlham Əliyev "Rossiya-1" televiziya kanalında “Vesti nedeli” proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova müsahibəsində danışıb.
Prezident jurnalistin “Siz Türkiyə ilə müttəfiqlik münasibətlərindən danışırsınız. Azərbaycanda Türkiyə hərbi bazasına ehtiyac varmı?” sualına cavab olaraq bildirib:
“Xeyr, ehtiyac yoxdur. Nəzərə alsaq ki, vaxtaşırı bu barədə müəyyən media qurumlarında məlumatlar yayılır, deməliyəm ki, buna heç bir ehtiyac yoxdur. Türkiyə ilə hərbi əməkdaşlıq Azərbaycan müstəqi...