Yaşar Əliyev BMT Baş katibinə müraciət etdi
Azərbaycanın BMT yanında daimi nümayəndəsi Yaşar Əliyev BMT Baş katibi Antoniu Quterreşi mülki əhaliyə təhlükə yaradan, regionların bərpasını ləngidən və məcburi köçkünlərin doğma torpaqlarına qayıtmasına mane olan genişmiqyaslı mina çirklənməsi probleminə diqqət yetirməyə çağırıb.
Bizim.Media xəbər verir ki, bunu diplomat dünya təşkilatının başçısına ünvanladığı 12 dekabr 2024-cü il tarixli məktubunda bildirib.
Yaşar Əliyev qeyd edib ki, Azərbaycan erməni işğalının onilliklərlə davam edən nəticələri ilə üzləşir. Azad edilmiş ərazilərdə mülki şəxslər, hərbçilər, sülhməramlılar və humanitar işçilər üçün təhlükə yaradan 1,5 milyondan çox mina və digər partlayıcı qurğular aşkar edilib.
...