Yaşar Gülər: Bizim prioritetimiz PKK terror təşkilatını məhv etməkdir
Türkiyə ABŞ-ı Suriyada PKK terror təşkilatını məhv etmək niyyəti barədə məlumatlandırıb və Vaşinqtonun mövqeyinə yenidən baxacağına ümid edir.
Bizim.Media "TRT" telekanalına istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər deyib.
O vurğulayıb ki, nə Suriya xalqı, nə yeni Suriya rəhbərliyi, nə də Türkiyə PKK-nın bu ölkədə fəaliyyət göstərməsinə icazə verməyəcək.
"Bizim prioritetimiz PKK terror təşkilatını məhv etməkdir. Biz bunu amerikalı tərəfdaşlarımıza açıq şəkildə çatdırmışıq. Onların mövqelərini yenidən nəzərdən keçirmələrini gözləyirik", - o bildirib.
Bizim.Media...