Milli Məclisin xərclər smetası 1 milyon manata qədər ARTIRILIR

Milli Məclisin xərclər smetası 1 milyon manata qədər ARTIRILIR

Hazırda oxunan: Milli Məclisin xərclər smetası 1 milyon manata qədər ARTIRILIR
225291
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Milli Məclisin gələn il üçün xərclər smetası dəyişib, 1 milyon manata qədər artırılır.

Bizim.Media apa-ya istinadən xəbər verir ki, "Milli Məclisinin 2025-ci il üçün xərclər smetası haqqında" qərar layihəsinin ilkin variantına əsasən, Milli Məclisin və onun aparatının xərclər smetası 51 851 447 manat olacaqdı.

Həmin vəsaitin 29 396 034 manatı ştatda olan işçilərin əməkhaqqına, 2 235 143 manatı əməyin ödənişi ilə bağlı digər pul ödənişlərinə yönəldiləcəkdi.
 

Dekabrın 16-da plenar iclasda müzakirəyə çıxarılacaq "Milli Məclisinin 2025-ci il üçün xərclər smetası haqqında" qərar layihəsinə əsasən, Milli Məclisin və onun aparatının xərclər smetası 52 850 118 manat olacaq. Beləliklə, Milli Məclisin və onun aparatının xərclər smetası 998 min 671 manat artırılır.


Həmin vəsaitin 29 500 129 manatı ştatda olan işçilərin əməkhaqqına, 2 245 478 manatı əməyin ödənişi ilə bağlı digər pul ödənişlərinə yönəldiləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO