DİQQƏT: FHN əhaliyə MÜRACİƏT ETDİ
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində ölkə ərazisində soyuq və kəskin hava şəraitinin müşahidə olunacağı, temperaturun xeyli enəcəyi, sulu qar, qar yağacağı və ayrı-ayrı yerlərdə intensiv olacağı, bəzi dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı, güclü külək əsəcəyi proqnozlaşdırılır.
Bizim.Media xəbər verir ki, qeyd olunanlarla əlaqədar Fövqəladə Hallar Nazirliyi (FHN) əhaliyə müraciət edərək müvafiq təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırıb.
“Belə ki, soyuq və yağıntılı hava şəraiti qaz və elektrik qızdırıcı cihazlarından istifadənin xeyli artmasına səbəb olduğundan, elektrik şəbəkəsinin həddindən artıq yüklənmə...