Qobustan Günəş Elektrik Stansiyası 2026-cı ildə istismara veriləcək
Qobustan Günəş Elektrik Stansiyasının 2026-cı ildə istismara verilməsi gözlənilir.
Bizim.Media xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlaması zamanı Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev deyib.
O bildirib ki, 20-25 gün ərzində müqavilələr tam yekunlaşacaq və daha dəqiq istismara verilmə tarixi məlum olacaq.
“Azərbaycanda ilk bərpaolunan enerji hərracında iştirak üçün 130-dan çox şirkətə dəvət göndərilmişdi. Hərrac prosesi iki mərhələdən ibarət olub. Bu, ümumilikdə 6 saat davam edib və nəticədə “Universal International Holdings Limited” şirkəti qalib gələrək, Qobustan Günəş Elektrik S...