Prezidentdən SABAH proqramı ilə bağlı SƏRƏNCAM
Prezident İlham Əliyev “Ali təhsildə yeni məzmunlu təhsil proqramlarının əhatə dairəsinin genişləndirilməsi və maliyyələşdirilməsi barədə” Sərəncam imzalayıb.
Bizim.Media xəbər verir ki, Sərəncama əsasən, SABAH proqramının əhatə dairəsi 2025‒2026-cı tədris ilindən başlayaraq mərhələlərlə 2028-ci ilədək genişləndiriləcək.
Sərəncama əsasən, SABAH proqramı ilə təhsil alan tələbələrin təhsil xərclərinin maliyyələşdirilməsi müvafiq illərin dövlət büdcəsində Elm və Təhsil Nazirliyi üçün nəzərdə tutulmuş məqsədli vəsaitlər hesabına təmin ediləcək.
Elm və Təhsil Nazirliyinə mülkiyyət formasından asılı olmayaraq, ali təhsil müəssisələrində SABAH pr...