COP29 zamanı nəqliyyatın hərəkəti BU İSTİQAMƏTLƏRDƏ təşkil ediləcək - VİDEO
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) zamanı Bakıda nəqliyyatın hərəkətini optimallaşdırmaq üçün bəzi küçə və prospektlərdə istiqamət dəyişiklikləri tətbiq olunacaq.
Bizim.Media xəbər verir ki, bunu COP29 konfransı günlərində tətbiq olunacaq nəqliyyat planının təqdimatına dair brifinqdə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin rəisi Namidan Piriyev deyib.
"Mərkəzdən hava limanı istiqamətinə gedən sürücülər Nizami küçəsindən düzünə Yusif Səfərov küçəsinə, ordan isə İzzət Orucov küçəsinə keçərək sağa Fəzail Bayramov küçəsinə və sola 8 Noyabr prospektinə çıxa, həmçinin Zığ yolu ilə də hava limanı istiqamətinə d...