COP29 zamanı avtobuslar 24 saat İŞLƏYƏCƏK
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq dövrü və tədbir ərzində qarşıya çıxacaq məsələlərin operativ həlli və səmərəli məlumat mübadiləsinin təmin olunması məqsədilə AYNA-da Qərargah yaradılıb və fasiləsiz fəaliyyət təmin edilib.
Agentlikdən Bizim.Media-ya verilən xəbərə görə, Monitorinq mərkəzi vasitəsilə COP29 zamanı daşımalara cəlb olunan avtobusların 24 saat ərzində izlənməsi həyata keçirilir.
Sərnişinlərin COP29 müddətində ictimai nəqliyyatdan rahat istifadə etməsi üçün daşıyıcılarla iş aparılır, xəttə tələbata uyğun sayda avtobus cəlb olunması təmin edilir.
Həmçinin 8 Noyabr – Zəfər Gün...