“Ermənistanın COP mövqeyi cılız propaqandadan başqa bir şey deyil” - Hikmət Hacıyev
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycan Televiziyasına açıqlamasında Ermənistanın COP29-da iştirak etməməsi məsələsinə toxunub.
Bizim.Media xəbər verir ki, Prezidentin köməkçisi Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının tərəfi kimi öz məsuliyyətindən və öhdəliyindən çıxış edərək Konvensiyanın bütün tərəf ölkələrinə, o cümlədən Ermənistana və Fransaya dəvət göndərdiyini diqqətə çatdıraraq deyib:
“Konvensiyanın demək olar ki, bütün üzvləri Bakıdadır. COP29 məkanını gəzdikdə, buradakı dinamik vəziyyəti, dövlətlərin, vətəndaş cəmiyyəti təşki...