Prezident: “Həm özüm hər gün bal yeyirəm, həm də qonaqlara göndərirəm”
Xəbər verdiyimiz kimi, avqustun 21-də Prezident İlham Əliyev “Balland – Kəlbəcər balı, arı və arıçılıq məhsulları mağazası”nın açılışında iştirak edib.
Bizim.Media açılışdan sonra Prezident İlham Əliyev uzun illərdir arıçılıqla məşğul olan Sabir Mustafayevlə söhbət etdi.
Sabir Mustafayev: Xoş gəlmisiniz, bizə şərəf vermisiniz. Allah Sizi var eləsin.
Prezident İlham Əliyev: Bilirsən, mən balınızı da təbliğ edirəm. Həm özüm hər gün yeyirəm, həm də xarici qonaqlara göndərirəm.
Sabir Mustafayev: Bəli, bilirəm. Çox təşəkkür edirəm. Siz bizə böyük stimul verdiniz. Oğlum başqa sahəni seçmişdi, diplomat olmaq istəyirdi, beynəlxalq münasibətlər üzrə. Sizin gəlişinizdən, ...