Beynəlxalq axtarışda olan şəxslər Moldova və Çinə TƏHVİL VERİLDİ
Azərbaycan beynəlxalq axtarışda olan şəxsləri Moldova və Çinə təhvil verib.
Bizim.Media xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
Moldova Respublikasının səlahiyyətli orqanları tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmaqda təqsirləndirilərək beynəlxalq axtarışa elan edilmiş 1991-ci il təvəllüdlü Özbəkistan Respublikasının vətəndaşı Rustamov Firuz Farxodoviç və Çin Xalq Respublikasının səlahiyyətli orqanları tərəfindən qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqda təqsirləndirilərək beynəlxalq axtarışa elan edilmiş 1974-cü il təvəllüdlü həmin ölkənin vətəndaşı Xu Penqçenq 2025-ci il ərzində ölkəmizdə müəyyən edilərək barə...