"Qarabağ” liqa mərhələsində ilk dəfə MƏĞLUB OLDU - VİDEO
UEFA Çempionlar Liqasının əsas mərhələsində İspaniyada “Atletik” və “Qarabağ” komandaları arasında keçirilən III tur oyunu başa çatıb.
Bizim.Media xəbər verir ki, "San Mames" stadionunda təşkil olunan görüş rəqibin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Ağdam təmsilçisinin heyətində Leandro Andrade, rəqibdə isə Qorka Quruseta ( 2 qol ) ilə Robert Navarro fərqləniblər.
Hazırda aktivində 6 xal olan Qurban Qurbanovun komandası 10-cu pillədə qərarlaşıb. Bilbao klubu isə 3 xalla 21-ci yerdədir.
22 oktyabr
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, III tur
20:45. "Atletik" – "Qarabağ" - 3:1
Qol: Leandro And...