Sumqayıt Sənaye Parkında karton və qutu taralarının istehsalı müəssisəsinin açılışı oldu - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 27-də Sumqayıt Sənaye Parkında “Bakı Karton və Qutu Fabriki” MMC-nin karton və qutu taralarının istehsalı müəssisəsinin açılışında iştirak edib.
Bizim.Media xəbər verir ki, “Bakı Karton və Qutu Fabriki” MMC-nin rəhbəri Kamran Salmanlı dövlət başçısına müəssisənin fəaliyyəti barədə məlumat verib.
Bildirilib ki, 2023-cü ildə Sumqayıt Sənaye Parkının rezidenti statusu verilən “Bakı Karton və Qutu Fabriki” MMC tərəfindən Parkın 3 hektara yaxın ərazisində karton və qutu taralarının istehsalı müəssisəsi qurulub. Türkiyə və Çin texnologiyalarından istifadə edilən müəssisədə il ərzində 55 milyon kva...