Ötən ay Azərbaycanda ən çox bahalaşan ərzaq məhsulları AÇIQLANDI
Bu ilin sentyabr ayında Azərbaycanda ən çox bahalaşan ərzaq məhsulları məlum olub.
Bizim.Media Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, cari ilin sentyabr ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından daha çox bahalaşma mal və qoyun ətinin, balıq və balıq məhsullarının, yumurtanın, xamanın, kəsmiyin, kərə yağının, armudun, şaftalının, qozun, fındığın, ağ kələmin, göyərtinin, xiyarın, pomidorun, şirin bibərin, badımcanın, göy lobyanın, süfrə çuğundurunun, yerkökünün, sarımsağın, kartofun, qara və yaşıl çayın, ucuzlaşma isə limonun, bananın, almanın, üzümün, soğanın qiymətlərində müşahidə olunub.
Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş ver...