Aleksandar Vuçiç: “Çox şeyi İlham Əliyevdən öyrənirəm”
“Nəinki bu gün, həmçinin digər vaxtlarda da nən əziz dostum İlham Əliyevdən çox şeyi öyrənirəm”.
Bizim.Media xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə iki ölkə arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclasında deyib.
Aleksandar Vuçiç qeyd edib ki, yaxın zamanlarda Belqrad və Bakı arasında birbaşa uçuşları açacağıq və aramızdakı təmaslar əvvəlki dövrlə müqayisədə daha sıx olacaq:
“Eyni zamanda, mədəniyyət, idman, iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, hərbi-texniki əməkdaşlıq kimi müxtəlif sahələrə gəldikdə, tam əminəm ki, bizim əlaqələr dünyanın istənilən iki ölkəsi arasında mümkün münasibətlərl...