Əli Əsədov Cevdet Yılmazla GÖRÜŞDÜ - Nələr müzakirə olundu?
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov aprelin 2-də ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmazla görüşüb.
Nazirlər Kabinetinin Mətbuat xidmətindən Bizim.Media-ya verilən xəbərə görə, görüş zamanı Azərbaycan ilə Türkiyə arasında qardaşlıq və müttəfiqlik münasibətlərinin bütün sahələr üzrə uğurla inkişaf etdiyi məmnunluqla qeyd olunub.
Azərbaycan və Türkiyə Prezidentləri tərəfindən həyata keçirilən ardıcıl və məqsədyönlü siyasətin bu münasibətlərin daha da möhkəmlənməsində əsas amil olduğu vurğulanıb.
Tərəflər ötən ilin dekabrında Bakı şəhərində keçirilmiş iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 12-ci iclasının...