FHN hava şəraiti ilə bağlı əhaliyə müraciət etdi
Fövqəladə Hallar Nazirliyi hazırda müşahidə edilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.
Nazirlikdən Bizim.Media-ya bildirilib ki, müraciətdə deyilir: “Hazırda ölkə ərazisində, xüsusilə dağlıq rayonlarda soyuq və şaxtalı hava şəraiti müşahidə olunur.
Belə ki, xüsusilə dağlıq ərazilərdə yaşayan, eləcə də dağlara səfər edən vətəndaşlara şaxtalı havada mümkün qədər yaşayış məntəqəsini tərk etməməyi, belə bir zərurət yarandıqda hərəkət istiqaməti barədə yaxınlarını əvvəlcədən məlumatlandırmağı tövsiyə edirik. Hərəkət avtomobillə olduqda avtomobilin texniki göstəricilərinin fəslə uyğunluğu və kifayət qədər yanacaq ehtiyatı təmin edilməlidir. Qar uçqunu ehtimalı olan yerlərd...