Metronun "Həzi Aslanov" stansiyasındakı təmir nə vaxt başa çatacaq? – RƏSMİ AÇIQLAMA
"Bakı Metropoliteni" QSC infrastrukturun yenilənməsi və təhlükəsizlik standartlarının artırılması istiqamətində mühüm layihələrdən biri olan "Həzi Aslanov" stansiyasının dalanında əsaslı təmir və yenidənqurma işlərinin daha bir mərhələsi tamamlayıb.
Bizim.Media səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, dalan yolları qatarların çevik idarə olunmasını, qısa intervallarla hərəkətini və texniki xidmətini təmin edən çoxfunksiyalı infrastruktur sahəsidir. Əvvəlki mərhələlərdə bu yollarda söküntü və işlərə hazırlıq məqsədilə müvəqqəti metal konstruksiyalar quraşdırılıb.
280 metrə yaxın sahədə əsaslı təmir işləri 3 hissədən ibarət olaraq təşkil edilib və 210 metrə yaxın...