Tenderlərlə bağlı prosedurda DƏYİŞİKLİK
Satınalma prosedurunun nəticəsi üzrə satın alan təşkilatla təsərrüfat subyektləri arasında satınalma müqavilələri “Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi vasitəsilə bağlanacaq.
Bizim.Media xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirə edilən “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsində əks olunub.
“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa təklif olunan dəyişikliyə əsasən, satınalma prosedurunun nəticəsi üzrə satın alan təşkilatla təsərrüfat subyektləri arasında satınalma müqavilələrinin (“Dövlət satınalmaları haqqında...