İlham Əliyev və Aleksandar Vuçiç arasında telefon danışığı olub
Azərbaycan Prezidenti İlham Əliyevin serbiyalı həmkarı Aleksandar Vuçiç ilə telefon danışığı olub.
Bizim.Media xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidmətinin məlumat yayıb.
Söhbət zamanı Yaxın Şərqdəki mövcud vəziyyət barədə fikir mübadiləsi aparılıb, vəziyyətin daha da gərginləşməsindən narahatlıq ifadə olunub.
Telefon danışığı zamanı İran tərəfindən Naxçıvana qarşı törədilən dron hücumları pislənilib.
Söhbət zamanı Prezident İlham Əliyev Serbiyanın dövlət başçısını ad günü münasibətilə təbrik edib.
Aleksandar Vuçiç göstərilən diqqətə görə Azərbaycan Prezidentinə minnətdarlığı bildirib.
Dövlət başçıları ölkələrimiz arasında dostluq və strateji tərəfdaşlıq münasib...