Ceyhun Bayramov TDT Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında ÇIXIŞ ETDİ - FOTO
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İstanbul şəhərində Türk Dövlətləri Təşkilatı (TDT) Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası çıxış edib.
Bizim.Media xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazir çıxışında artan geosiyasi gərginlik və qlobal qeyri-müəyyənlik fonunda Türk Dövlətləri Təşkilatına üzv ölkələri arasında həmrəyliyin, koordinasiyanın və strateji baxışın artan əhəmiyyətini vurğulayıb.
O, Türk dünyasında siyasi dialoqun gücləndirilməsi, iqtisadi tərəfdaşlıqların genişləndirilməsi və regional əlaqələrin inkişaf etdirilməsi sahəsində TDT-nin əhəmiyyətli rolunu vurğulayıb.
Nazir Yaxın Şərqdəki son hərbi hadisələ...