Gözlənilən hava şəraiti ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Yaxın günlərdə ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, havanın temperaturunun aşağı düşəcəyi, xüsusilə gecə və səhər saatlarında mənfi dərəcələrin müşahidə olunacağı, dağlıq və dağətəyi ərazilərdə isə qar yağmasının gözlənildiyi bildirilir. Bu səbəbdən sürücülərdən, xüsusilə dağlıq və dağətəyi ərazilərdən keçən avtomobil yollarında hərəkətdə olarkən son dərəcə diqqətli olmaları xahiş olunur.
Bizim.Media xəbər verir ki, bu barədə AAYDA məlumat yayıb.
Məlumatda bildirilib ki, sürücülər idarə etdikləri nəqliyyat vasitələrinin qış fəslinə uyğun texniki cəhətdən saz vəziyyətdə olmasına, ən azı qış şinləri ilə təchiz edilməsinə xüsusi diqqət yetirilməlidir.
Qeyd olunan təl...