ANS-in keçmiş aparıcısı Gülnarə Məmmədovanın Türkiyədə toyu olub.
Moderator.az-ın xəbər verir ki, Türkiyədə yaşayan G.Məmmədova Özgür adlı iş adamı ilə ailə qurur.
Cütlüyün nişanı və Bakıdakı birinci toyu bu yay olmuşdu.
Keçmiş aparıcı həyat yoldaşı ilə bağlı bunları demişdi:
“Əslində dost idik. Dörd ay öncə mənə evlilik təklifi etdi. Bir az düşünüb qərar verdim. Sonra Bakıya elçi gəldilər və ailələrimiz də bir-birini çox bəyəndi. Dünən də burada dəniz kənarında açıq havada gözəl nişan mərasimi oldu. Bu ilin payızında da toyumuz olacaq. Bakıda da milli adət-ənənəmizlə xına gecəsi edəcəyəm. Hər zaman arzu etmişəm ki, gözəl ailəm və Allah qismət etsə, bir övladım olsun”x9d.
Qeyd edək ki, Gülnarə Məmmədova ANS-də "Kamerton", "Xonça" kimi verilişlərin aparıcısı olub.











































































































