Teleqraf.com xəbər verir ki, hakim Qail Məmmədovun sədrliyi ilə keçirilən prosesdə Maral Tahirqızı apelyasiya şikayətinə istintaq aparılmadan baxılmasını istəyib. Bu səbəbdən Maral Tahırqızının müdafiəçisi apelyasiya şikayətlərinə məhkəmə istintaqı ilə baxılması üçün Ali Məhkəməyə kasasiya şikayəti verib. Apelyasiya instansiyasında məhkəmə prosesi qeyri müəyyən vaxtadək təxirə salınıb. Qeyd edək ki, Maral Tahirqızı Cinayət Məcəlləsinin 244.2.1-ci (təkrar olaraq əxlaqsızlıq yuvaları təşkil etmə) maddəsi ilə təqsirli bilinib və 3 il müddətinə azadlıdan məhrum edilib. Maral Tahirqızı məhkəmə zalında həbs olunub. Gülməmmədova Maral Tahir qızı barəsində Xətai Rayon Polis İdarəsinin istintaq şöbəsində başlanmış Cinayət Məcəlləsinin 244.1-ci (Fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə) maddəsi 15 noyabr 2014-cü il tarixdə Cinayət Məcəlləsinin 244.2.1-ci (eyni əməllər təkrar törədildikdə) maddəsinə tövsif edilib və onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

- A-
- A
- A+
Şou-biznes
21:15 / 08.07.2015
“Əxlaqsız yuvalar”x9da görə həbs edilən Maral Tahirqızıdan -Yeni xəbər
Hazırda oxunan: “Əxlaqsız yuvalar”x9da görə həbs edilən Maral Tahirqızıdan -Yeni xəbər
Hazırda oxunan: “Əxlaqsız yuvalar”x9da görə həbs edilən Maral Tahirqızıdan -Yeni xəbər
85000
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































