“Mən sizi heç unutmadım”x9d.
Sosial şəbəkədə bir şəklini paylaşan məşhur türkiyəli sənətçi İbrahim Tatlıses izləyicilərinə sanki vidanı xatırladan ismarış yollayıb.
Oxu.Az xəbər verir ki, ABŞ-da əməliyyat olunan İbo, Twitter hesabından son halına dair bir foto paylaşıb. Tatlıses “Şəklimə baxınca məni xatırlayın, çünki mən sizi heç unutmadım”x9d sözlərini yazıb.
Pərəstişkarları isə İbrahim Tatlısesə sosial şəbəkədə dəstək mesajları yazıblar.

































































































