74 yaşlı Al Paçino evlənir-  İlk dəfə

74 yaşlı Al Paçino evlənir- İlk dəfə

Hazırda oxunan: 74 yaşlı Al Paçino evlənir- İlk dəfə

72012
Hollivudun “veteranı”x9d, dünya şöhrətli aktyor Al Paçino evlənir. 


“Qafqazinfo”x9dnun Rosbalt-a istinadən məlumatına görə, bu, 74 yaşlı əfsanəvi aktyorun ilk evliliyi olacaq. O, Lyusila Sola adlı aktrisaya evlənmək təklif edəcək. 

Müsahibəsində Al Paçino bununla bağlı açıqlama da verib:

“Mən heç vaxt “heç vaxt”x9d deməmişəm. Bəli, belə görünür ki, bu, baş verəcək”x9d.

Paçino belə bir məsuliyyətli addıma yalnız bu yaşında hazır olduğunu və yaşın heç bir önəm daşımadığını bildirib.  Akrtoy sevgilisi Lyusilayla artıq 5 ildən çoxdur ki, görüşür. O, özü və sevimli xanımı üçün ev də alıb. 

Al Paçino 3 övlad atasıdır-Cen Tarrant adlı eks-sevgilisindən 25 yaşlı qızı Culi, aktrisa Beverli de Andcelodan isə əkizləri-Anton Ceyms və Oliviya Rouz... 35 yaşlı argentinalı gözəli Solanın isə bundan əvvəlki münasibətindən 3 uşağı var. 










© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO