Gözəlliyin qurbanları...- FOTOLAR

Gözəlliyin qurbanları...- FOTOLAR

Hazırda oxunan: Gözəlliyin qurbanları...- FOTOLAR

66853
Moda və sənət dünyasının tanınmış simaları gözəlləşmək üçün plastik əməliyyata müraciət edirlər. Şou aləmində hansı məşhurların plastik əməliyyat olunması, hər kəs üçün maraqlıdır.

Türkiyənin super starı Ajda Pekkan ən çox əməliyyat olunanlar sırasındadır. Super star düz 18 dəfə plastik əməliyyat olunub. Müğənni gözəl görünmək üçün 3 dəfə burun, 6 dəfə dodaq, 4 dəfə üz və başqa əməliyyatlardan  istifadə edib.

Dünyanın ən seksi qadını seçilən Meqan Foks da əslində plastik əməliyyatlar sayəsində hazırki gözəlliyinə nail olub. Cəmi 29 yaşı olan aktrisa isə hər dəfə plastik əməliyyat olunduqca təbiiliyindən uzaqlaşır.

Dəniz Akkaya da həddindən artıq plastik əməliyyat olunanlar sırasındadır. Belə ki, model 17 dəfə əməliyyat olunub.

Məşhur türk müğənnisi Mustafa Sandalın həyat yoldaşı olan Emina Sandal da əməliyyat olunaraq indiki gözəlliyinə qovuşub. Aktrisa burun, diş və sinə əməliyyatı keçirərək dəyişilib.

Seda Sayan 9 dəfə əməliyyat olunub. Belindən və bədəninin digər hissələrindən bir neçə dəfə yağ aldıran müğənni mütəmadi olaraq botoksdan da istifadə edir.

Məşhur ulduz Viktoria Bekham burun əməliyyatı keçirməsi ilə yanaşı, mütəmadi olaraq dodaqlarına kollagen vurdurur. 

Əsasən gənc nəslin sevimlisi olan Hande Yener isə 6 dəfə əməliyyat olunub. İtaliyada gördüyü bir modelə bənzəmək üçün müğənni plastik əməliyyata müraciət edib. Buxağını aldıran xanım, eyni zamanda sinəsindən də əməliyyat olunub.

Azərbaycan haqqında ilginc açıqlaması ilə son zamanlar məşhurlaşan aktirsa Müjde Ar da əməliyyat olunanlar sırasındadır. Aktrisa buxaq əməliyyatı keçirib.

Pamela Anderson da sinə əməliyyatı olunub. O sinəsinə silikon qoydurub.
 

Gözəlliyin qurbanları...- <i style=FOTOLAR" src="//old.moderator.az/fotobaza/original/3160.jpg">Gözəlliyin qurbanları...- <i style=FOTOLAR" src="//old.moderator.az/fotobaza/original/3161.jpg">Gözəlliyin qurbanları...- <i style=FOTOLAR" src="//old.moderator.az/fotobaza/original/3162.jpg">Gözəlliyin qurbanları...- <i style=FOTOLAR" src="//old.moderator.az/fotobaza/original/3163.jpg">Gözəlliyin qurbanları...- <i style=FOTOLAR" src="//old.moderator.az/fotobaza/original/3164.jpg">Gözəlliyin qurbanları...- <i style=FOTOLAR" src="//old.moderator.az/fotobaza/original/3165.jpg">Gözəlliyin qurbanları...- <i style=FOTOLAR" src="//old.moderator.az/fotobaza/original/3166.jpg">Gözəlliyin qurbanları...- <i style=FOTOLAR" src="//old.moderator.az/fotobaza/original/3167.jpg">Gözəlliyin qurbanları...- <i style=FOTOLAR" src="//old.moderator.az/fotobaza/original/3168.jpg">
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO