Müğənni Ruhəngiz Musəvi "Günaydın" verilişində qonaq olub
Gecce.az xəbər verir ki,verilişdə qonaq olan ifaçı imicindən danışıb.
"Heç vaxt imicimi dəyişməkdən qorxmamışam.Əminəm,mənə hər cür imic çox yaraşar.Çünki,üz cizgilərim yerindədir.Uzun illər öncə belimə qədər saç saxlayırdım.1990-cı ildən sonra saçımı kəsdirmək qərarına gəldim.14 il üstündən keçməsinə baxmayaraq,imicimdə dəyişiklik etməmişəm.Məni belə tanıyıb,seviblər.Mənim yaşımda olan həmkarlarım səhnəyə gəldiyi bir imicdə qalır.Bu qorxu hissi deyil.Yüz cavan qıza dəyərəm.Ola bilər gələcəkdə imicimi dəyişim.Amma,bu haqda düşünmürəm".

































































































